29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakının mərkəzində yol çökdü - FOTOLAR

17.10.2018

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb.
"Dövran Media" məlumatına görə, ərazidə yeni tikili inşa olunan zaman yolun dayanıqlılığı təmin edilməyib.
Hazırda tikinti şirkəti tərəfindən yolun bərpası işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, küçədə eni üç, uzunluğu 60 metr olan sürüşmə qeydə alınıb:
"Ərazidə yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb”.
Anar Nəcəfli qeyd edib ki, hazırda əraziyə dəymiş ziyanın məbləği hesablanır.