02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Stoltenberq: Çin Ukraynanın işğalını açıq şəkildə qınamalıdır

16.11.2022

Düşünürəm ki, Çin Ukraynanın işğalını açıq şəkildə qınamalıdır. Çünki bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır, həmçinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhlükədir.

"DM" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi ilə bağlı fövqəladə iclasdan sonra mətbuat konfransında deyib.

"Məsələn, Çin işğalı pisləyən BMT qətnamələrinin lehinə səs verməyib. Və Çin bu müharibə ilə bağlı daha çox Rusiyanın narrativini paylaşır, hansı ki, bu narrativ doğru deyil. Rusiya və Prezident Putin bu müharibəyə görə məsuliyyət daşıyır. Biz xatırlamalıyıq ki, bu işğalçılıq müharibəsidir, bir ölkə digərinin ərazisini işğal edərək onun torpaqlarına nəzarət etməyə çalışır. Əgər Prezident Zelenski və Ukrayna xalqı müharibəni dayandırsa, bu zaman Rusiya qalib gələcək və hərbi məqsədlərinə nail olacaq. Əgər Putin və Rusiya müharibəni dayandırsa, o zaman sülh bərqərar olacaq. Ukrayna dayansa, o müstəqil dövlət kimi mövcudluğunu dayandıracaq, ona görə də Ukraynanın özünümüdafiə hüquq var”, - NATO Baş katibi qeyd edib.