02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Estoniyada narahatlıq: Təcili iclas keçiriləcək

16.11.2022

Estoniyanın Baş naziri Kaya Kallas hökumətin dünən Polşaya düşən raketlə bağlı təcili iclas keçirəcəyini açıqlayıb.

Kallas "Twitter” hesabından verdiyi açıqlamada Polşada baş verən hadisənin narahatlıq doğurduğunu bildirib.

O, Polşa ilə yaxın təmasda olduqlarını qeyd edib:

"Bu həyəcanverici hadisəni müzakirə etmək üçün bu gün kabinet üzvləri ilə təcili iclas keçirəcəyəm. Estoniyadan Polşaya tam həmrəylik və dəstək var”.

Xatırladaq ki, dünən Polşanın Ukrayna ilə sərhədində yerləşən ərazisinə naməlum raketlərin düşməsi nəticəsində iki nəfər ölüb.