02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyalı deputatlara viza verilməyib

16.11.2022

Rusiyalı deputatlara Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) payız sessiyasına getmək üçün viza verilməyib.

"DM" xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini, ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Vladimir Cabarov məlumat verib.

"ATƏT PA-da Polşa nümayəndə heyətinin rəhbəri xanım Bartoşdan Rusiya və Belarus nümayəndələrinin payız görüşündə iştirakına imkan görmədiyini bildirən qəzəbli cavab aldıq”, - Cabarov qeyd edib.

Xatırladaq ki, ATƏT PA-nın 20-ci payız sessiyası noyabrın 24-dən 26-dək Polşa parlamentinin binasında keçiriləcək. İclasda Ukraynadakı müharibə, silahlı münaqişə, humanitar böhran şəraitində fundamental hüquq və azadlıqların qorunması, həmçinin iqtisadi, ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.