29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada azərbaycanlı zabit və 2 qardaş həlak olub

16.11.2022

Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub.

"DM”-nın məlumatına görə, Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.

Bundan başqa, Ukraynanın Xerson vilayətinin hələ ki işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olub. Ölən gənclərin yaxınları ərazinin hələlik Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib.