Szinpin və Sunakın görüşü ləğv edilib 
    
                         .jpg) 
     
                         16.11.2022
 
    
                        Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Çin Prezidenti Si Szinpinlə G20 sammiti çərçivəsində görüşü ləğv edilib.
"DM" xəbər verir ki, bu barədə "Deyli Meyl” nəşrinin müxbiri Con Stivens Tvitter hesabında məlumat yayıb.
O bildirib ki, görüş G20 cədvəlində Polşada baş verən hadisəyə (raket zərbəsi) yenidən baxılması ilə əlaqədar ləğv edilib.