09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Amerikalı generaldan Türkiyəyə AÇIQ TƏHDİD - FOTO

08.02.2018

Dövran Media "Yanişafak" qəzetinə istinadən bildirir ki, ABŞ, Türkiyənin Afrindən sonra əməliyyat keçirəcəyi Münbiç bölgəsində həyəcan təbili çalıb.
Türkiyə ilə NATO müttəfiqi olduğunu və onlarla qarşı qarşıya gəlmək istəmədiyini hər fürsətdə dilə gətirən ABŞ, terorristlərin başında növbə tutur. 
ABŞ-ın mediası CNN isə, bölgədə Amerikalı komandirlərin PYD/PKK-lılarla çiyin-çiyinə fotolarını yayımlayaraq ölkəsinin terorristlərə dəstəyini reklam edir. "Münbiçdən çıxın, biz ora torpaqlarını əsil sahiblərinə təslim etmək üçün gələcəyik" deyən Ərdoğanın sözlərinə qarşılıq verən Amerikalı general Paul Funk Münbiçdə terrorçuları ziyarət edərkən deyib ki, əgər bu əməliyyatda əsgərlərimizə qarşı hər hansı bir təhlükə yaranarsa dərhal qarşılıq verəcəyik. 
Xatırladaq ki, Amerikalı əsgərlərin PYD/PKK'lılarla növbədə durdudu ərazi türk əsgərlərinin 1,5 kilometrəliyindədir.