29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden Putini sərt şəkildə tənqid edib

16.11.2022

"Putin mülki hədəflərə, uşaqlara və qadınlara zərbələr endirir, bu, barbarlıqdır”.

"DM" Ağ Evə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Balidə G20 ölkələrinin dövlət və hökumət başçılarının Zirvə toplantısı çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşündə deyib.

"Biz artıq NATO-dakı həmkarlarımız və G7 liderləri ilə Rusiyanın Kiyevə və Ukraynanın qərbinə endirdiyi son raket zərbələri ilə bağlı görüşmüşük. Bu sadəcə amansızdır. Balidə dünya liderlərinin qlobal sülhdə irəliləyiş əldə etməyə çalışdığı bir vaxtda, Putin mülki hədəflərə, uşaqlara və qadınlara zərbələr endirir. Demək istəyirəm ki, - bu mənim sözlərimdir, sizin deyil - onun etdikləri barbarlıqdır. Rusiya isə müharibəni dayandıra bilər və dayandırmalıdır. Onlar bunu bacararlar. Əgər bunu istəsəydilər, günü sabah dayandıra bilərdilər”, - Bayden əlavə edib.