29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mişustin Bakıya gələcək

15.11.2022

Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan və Rusiyanın Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.

Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.

Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.

Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.