30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna səfiri İsrail XİN-ə çağırılıb

15.11.2022

 Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk Kiyevin BMT-də iki dəfə anti-İsrail qətnamələrini dəstəkləməsindən sonra İsrail Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səfirə BMT-nin xüsusi siyasi və müstəmləkəsizləşdirmə məsələləri üzrə komitəsində Ukrayna nümayəndəsinin səsverməsi ilə bağlı etiraz ediləcək.

İsrail Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin rəhbəri Əmir Veysbroda Kiyevin bu addımını "inanılmaz” adlandırıb və o, İsrail tərəfinin "ukraynalılardan narazılığını ifadə etmək üçün bir yol tapacağını” bildirib.

Mənbə: TASS