03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda dörd məhkum edam edilib

15.11.2022

İranda İmambəxş Naruyi, Mohsen Anşini və Vəli Rudini adlı etnik bəluclar Zahidan zindanında dar ağacından asılıblar.

"Azad İran” "Telegram” kanalı İran İnsan Haqları Təşkilatının verdiyi məlumata istinadən xəbər verir ki, bununla yanaşı, Şiraz şəhərinin Adilabad zindanında da hələlik kimliyi dəqiqləşdirilə bilməyən daha bir məhkum edam olunub.

Narkotik maddələrin alverinə görə edam cəzasına məhkum edildikləri iddia olunan şəxslərin öldürülməsi barədə İran Məhkəmə Sistemi və dövlət mediası hər hansı məlumat verməyib.

Bir müddət öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021-7 oktyabr 2022-ci il tarixlərində İranda 528 nəfər edam edilib və bu rəqəm öncəki illə müqayisədə edam sayının 98 faiz artdığını göstərir.

10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icrasını gözlədiyi qeyd olunub.