28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"G20-nin ulduzu Ərdoğandır"

15.11.2022


Böyük İyirmiliyin qəhrəmanı... Putin yoxdur, ona görə də sammitin ulduzu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan olur. Nə üçün? Çünki məhz o, hər zaman Putinlə görüşür, onun Putinlə taxıl sazişi və etibarlı münasibəti var. Ona görə də hər kəs Ərdoğanla görüşə can atacaq ki, ona "Putin necədir? Tezliklə sülh olacaq?” sualını versinlər.

Bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

"Əlbəttə ki, ABŞ və Çin fövqəldövlətdir. Lakin orada bürokratiya sistemidir. Bayden və Szinpin Sov.İKP MK-nın baş katibləri kimidir. Onlardan yeni nə gözləmək olar? Heç nə. Onlar abidədir. Lakin Putin və Ərdoğan yeni qeyri-stabil dünyanın canlı liderləri, xəbər istehsalçılarıdır. Ona görə də Ərdoğan G20-nin baş ulduzu olacaq və şöhrət şüaları ilə yuyunacaq”, - deyə o bildirib.