28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Blinken Paşinyana telefonda nə deyib?!

15.11.2022



Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon əlaqəsi saxlayıb.

Bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusi ilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşünü müzakirə ediblər.

Blinken ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinə töhfə verməyə hazır olduğunu söyləyib.

Bundan başqa, tərəflər humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.