27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"ABŞ-a meydan oxumaq və ya onu əvəz etmək niyyətində deyilik"

15.11.2022


Çin Xalq Respublikasının Sədri Si Cinpin İyirmilik Qrupunun (G20) sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşüb.

Anadolu agentliyi  xəbər verir ki, Çin rəhbəri Baydenlə görüşündə "ticarət müharibəsi" və ya "texnoloji müharibə" başlatmağın, iqtisadi əlaqələri kəsməyin heç kimin marağında olmadığını bildirib. Si Çinpin həmçinin Çinin mövcud beynəlxalq nizamı dəyişdirmək, ABŞ-a meydan oxumaq və ya onu əvəz etmək niyyətində də olmadığını da vurğulayıb.

İki liderin görüşü təxminən üç saat yarım çəkib. Liderlər ABŞ və Çin arasındakı iqtisadi, texnoloji və ideoloji sahədə mövcud problemləri müzakirə ediblər.

Çin Xalq Respublikasının Sədri mövcud gərginliyin hər iki ölkənin maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğun olmadığını qeyd edərək, ABŞ-ın kapitalizm, Çinin isə sosializm yolu ilə inkişafı mənimsədiyini vurğulayıb. Bildirilib ki, hər iki tərəf bu fərqliliyə hörmətlə yanaşmalıdır.

Qeyd edək ki, iki lider sonuncu dəfə 2015-ci ildə Cinpinin ABŞ-a səfəri zamanı bir ayara gəlib.