29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəli nazir: Yük daşımalarımıız 3 milyon tona çatdırılacaq

17.10.2018

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında hər həftə 3 yük reysi həyata keçirilir.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.
Onun sözlərinə görə, Türkiyə BTQ vasitəsilə Azərbaycan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya kimi ölkələrə tikinti materialları, yuyucu vasitələr, ərzaq və kənd təsərrüfatı məhsulları ixrac edir və öz növbəsində, taxıl, dəmir və sink idxal edir.
Nazir onu da qeyd edib ki, dəmir yolunun istifadəyə verildiyi gündən 102 konteyner qatarı ilə 100 min ton yük daşınıb:
"BTQ dəmir yolu vasitəsilə uzunmüddətli perspektivdə illik 17 milyon ton, ortamüddətli perspektivdə isə 3 milyon ton yük daşınması planlaşdırılır”.
M.C.Turhan bildirib ki, BTQ dəhlizi tarixi İpək Yolunun bərpası üzrə işlərin bir hissəsi olub:
"BTQ dəmir yolu istifadəyə verildikdən sonra Türkiyə Avropa ilə Asiya arasında nəqliyyat dəhlizi yarada bildi. Eyni zamanda, bu layihənin başa çatması ilə Türkiyənin Milli Dəmir Yolu Şirkəti 2018-ci il fevralın 15-dən "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının üzvü olub”.