28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski işğaldan azad edilən Xersona səfər edib - FOTO

14.11.2022

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya işğalından azad edilən Xersona səfər edib.

Bu barədə hadisə şahidləri məlumat verirlər.

"Biz irəliyə doğru gedirik. Biz sülhə, bütün ölkəmiz üçün sülhə hazırıq”, - deyə Zelenski hərbçilərə bildirib.

Zelenski həmçinin NATO və digər müttəfiqlərinə Rusiyaya qarşı müharibədə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Bu məlumatdan qısa müddət sonra Ukrayna KİV-də Zelenskinin Xersondan fotoşəkilləri dərc olunub.

Jurnalistlər hələ də davam edən "stabilləşdirmə tədbirləri” səbəbindən Xersona buraxılmırlar. Bir neçə jurnalist, o cümlədən Qərb telekanalları CNN və "Sky News” Xersondan reportaj hazırladıqları üçün akkreditasiyadan məhrum ediliblər.





Mənbə: "Reuters”