28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Markovdan şok: ABŞ İstanbuldakı teraktı buna görə törədib

14.11.2022

Çox güman ki, İstanbuldakı terror aktının arxasında məhz ABŞ dayanır. Əsas məqsəd isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaqdır.

"DM" xəbər verir ki, bu fikirlərlə tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov çıxış edib.

"2023-cı ilin iyun ayında Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ölkə Ərdoğanın tərəfdaşları ilə qərbyönümlü kürdlər arasında ciddi şəkildə yarıya bölünüb. Kürdlərin səsləri bu seçkilərdə həlledici rol oynaya bilər. ABŞ isə terror aktları ilə Ankaranı kürdlərə qarşı müharibəyə başlamağa təhrik etmək və bununla da bütün kürdləri Ərdoğanın düşməni etmək istəyir. Belə hal baş versə, kürdlər Ərdoğana, sözsüz ki, səs verməyəcək. Həmçinin ABŞ onu göstərmək istəyir ki, guya Ərdoğan ölkədə təhlükəsizliyi təmin edə bilmir”, - Markov bildirib.