25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İsrail İranın aviabazasını bombalayıb

14.11.2022

İsrail ordusu Suriyanın Hums vilayətində yerləşən aviabazaya raket zərbələri endirib.

Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.

Zərbələr nəticəsində iki hərbçi ölüb, üç nəfər yaralanıb.

Hərbi mənbələr "Reuters” agentliyinə bildiriblər ki, zərbələr endirilən Şayratdakı aviabaza bu yaxınlarda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib.

Raketlərin bazada uçuş-enmə zolağına düşdüyü bildirilir. Aviabaza son üç ildə Rusiya ordusu tərəfindən modernləşdirilb.

Regional və kəşfiyyat mənbələri qeyd ediblər ki, İsrail son aylarda İranın Suriya və Livandakı müttəfiqlərinə, o cümlədən "Hizbullah” qruplaşmasına silah tədarükünün qarşısını almaq üçün Suriyanın hava limanlarına və hava bazalarına zərbələri gücləndirib.