28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbul terrorunun qurbanları - FOTO

14.11.2022

Dünən Türkiyənin İstanbul şəhərində, Taksim meydanında partlayışda həyatını itirənlər 3 ailənin 6 üzvüdür.

Faciə nəticəsində 38 yaşlı Arzu Özsoy 15 yaşlı qızı Yağmur Uçarla İstiqlal küçəsində gedərkən həyatlarını itiriblər.

Ailə və Sosial Xidmətlər Nazirliyində işləyən 34 yaşlı Yusuf Meydan da 9 yaşlı qızı Ecrin ilə gözəl bir bazar günü keçirmək üçün Taksimdə olublar. Ata-bala mülki vətəndaşları hədəf alan xainlərin qurbanına çevriliblər.

Həyatını itirənlərdən ikisi isə 40 yaşlı Adem Topkara və 27 yaşlı həyat yoldaşı Mukaddes Elif Topkara olub.



Türkiyə daxili işlər naziri Süleyman Soylu açıqlamasında qeyd edib ki, hadisədə 81 nəfər yaralanıb, onlardan 50 nəfər evə buraxılıb, 5 yaralı reanimasiyadadır, 2 yaralının vəziyyəti ağırdır. 24 nəfərin müalicəsi isə davam etdirilir.

Mənbə: İHA