01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan və İran Türkiyəyə başsağlığı verib

14.11.2022

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda baş verən terror hadisəsi ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluya başsağlığı verib.

Bu barədə o, "Twitter”də yazıb:

"İstanbulda baş verən partlayışda həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirəm”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də İstiqlal küçəsində baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan partlayışla bağlı Türkiyəyə başsağlığı verib.

O, İranın terror hərəkatını qınadığını deyib.

"Türkiyənin və bu ölkənin millətinin təhlükəsizliyini hədəf alan hər cür terror hərəkatını qətiyyətlə qınayırıq. Dost və qardaş Türkiyə xalqının və hökumətinin yanındayıq”, - deyə o bildirib.

İran XİN nümayəndəsi partlayışda həyatını itirənlərə rəhmət, yaralılara isə tezliklə sağalmalarını diləyib.

Qeyd edək ki, terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.