01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Apple” kompaniyasının kapitallaşması bir gündə 191 milyard dollar artıb

11.11.2022

ABŞ-da inflyasiyanın zəifləməsi səbəbindən "Apple” korporasiyasının bazar dəyəri cümə axşamı günü rekord həddə - 191 milyard dollar artıb.

AZƏRTAC Business Insider portalına istinadla xəbər verir ki, kompaniyanın dəyərinin bir gündə 8,9 faizlik sürətli yüksəlişinə, həmçinin bazar iştirakçılarının ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsi artımını yavaşıtması ilə bağlı gözləntiləri səbəb olub.

Beləliklə, korporasiyanın ümumi bazar dəyəri rekord gündəlik gəlir nəticəsində 2,3 trilyon dolları ötüb və "Apple” dünyanın ən bahalı kompaniyasına çevrilib.

Bir müddət öncə ABŞ-ın Əmək Nazirliyi oktyabr ayında ölkədə istehlak qiymətlərinin illik ifadədə 7,7 faiz artdığı barədə məlumat yayıb. Bir ay əvvəl bu göstərici 8,2 faiz ətrafında idi.

"Apple” 1976-cı il aprelin 1-də Stiv Voznyak və Stiv Cobs tərəfindən təsis edilib. Kompaniyanı maliyyələşdirmək üçün Cobs avtomobilini, Voznyak isə bahalı kalkulyatorunu satıb. Mənzil-qərargahı Birləşmiş Ştatların Kaliforniya ştatındakı Kupertino şəhərində yerləşən "Apple” hazırda "iPhone” smartfonları, "iPad” planşetləri, "iMac” kompüterləri, "MacBook” noutbukları və digər yüksək texnologiyalı avadanlıqlar istehsal edir.