01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÇXR-in Sədri Si Cinpin G20 sammitində iştirak edəcək

11.11.2022

Çin Xalq Respublikasının Sədri Si Cinpin İyirmilik Qrupunun (G20) sammitində iştirak etmək niyyətindədir.

Dövran Media xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə cümə günü Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyinin bəyanatında deyilir.

Onun sözlərinə görə, CXR lideri G20 sammitində iştirak etmək üçün noyabrın 14-dən 17-dək İndoneziyanın Bali adasına səfər edəcək. Sammit çərçivəsində Si Cinpinin ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronla görüşləri planlaşdırır. O, həmçinin Seneqal Prezidenti Makki Salem, Argentina Prezidenti Alberto Fernandes və digər liderlərlə ikitərəfli görüşlər keçirəcək.