01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Stoltenberq: “Rusiya ağır təzyiq altındadır”

10.11.2022

"Prezident Putin Avropanın təhlükəsizliyinə meydan oxunur, Ukraynaya qarşı təcavüzkar və amansız müharibə aparır".

"DM"xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq İtaliya Baş naziri Giorgia Meloni ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz eyni zamanda, görürük ki, Ukrayna silahlı qüvvələri Rusiya qüvvələrini geri oturdur və torpaqlarını azad edir. Bütün bunlar Ukraynanın qorxmaz və cəsur əsgərlərinin etdikləridir. Eyni zamanda, NATO müttəfiqlərinin, həmçinin İtaliyanın verdiyi hərbi dəstək hər gün döyüş meydanında fərq yaradır və Ukraynanın irəliləməsi üçün vacib olaraq qalır”, - NATO Baş katibi qeyd edib.

NATO Baş katibi Rusiyanın Xerson şəhərindən çəkilməsi barədə də danışıb.

"Rusiya Xersondan çəkildiyini bəyan edib. Biz qarşıdakı günlərdə vəziyyətin necə olacağını nəzarətdə saxlayacağıq. Aydındır ki, Rusiya ağır təzyiq altındadır. Rusiya qüvvələrinin Xersonu tərk etməsi Ukrayna üçün digər bir qələbə olacaq”, - Stoltenberq vurğulayıb.