03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Türk dövlətləri arasında əməkdaşlığımızı gücləndiririk”

10.11.2022

"Türk Dövlətləri Təşkilatının (TDT) hüquqi əsaslarını və sınaqlara qarşı əməkdaşlığımızı gücləndiririk”.

"DM” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

O, 2023-cü ildə təşkilata sədrlik edəcək Özbəkistana uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Özbəkistanın Səmərqənd şəhərində TDT Xarici İşlər Nazirləri Şurasınnı 9-cu iclası keçirilib.

Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir. TDT-də müşahidəçi statusu ilə təmsil olunan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da iclasa qatılıb.

Toplantıda TDT-yə üzv ölkələrin liderlərinin sabah, noyabrın 11-də Səmərqənddə keçiriləcək zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunub.

Xatırladaq ki, TDT liderlərinin sammitində təşkilatın gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq.

Həmçinin toplantıda 2009-cu il oktyabrın 3-də TDT-nin Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.

Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Türk Dünyasının ali medalı" və Özbəkistanın Milli medalı təqdim olunacaq.

TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.