03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə nə qədər neft göndərəcəyini açıqlayıb

10.11.2022

Qazaxıstan gələn ildən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ildə 1,5 milyon ton neft nəql etməyə başlamağı planlaşdırır.

Bu barədə jurnalistlərə respublikanın Baş naziri Əlixan Smailov məlumat verib:

"Xüsusən, Bakı-Tbilisi-Ceyhan vasitəsilə bizim gələn il yanvarın 1-dən bu istiqamətdə 1,5 milyon ton neft göndərilməsi ilə bağlı razılaşmamız var və onun 6-6,5 milyon tona çatdırılması üzərində iş gedir”.

Onun sözlərinə görə, Qazaxıstanda neft ixracının şaxələndirilməsi çərçivəsində xüsusi yol xəritəsi hazırlanıb:

"Bu, Aktau limanından Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri istiqamətindədir”.

Mənbə: TASS