Deputatdan TƏKLİF: Evin tək uşaqları cəbhəyə göndərilməsin  
    
                          
     
                         10.11.2022
 
    
                        "Azərbaycanda təkuşaqlı ailələrdəki oğlanlar müharibəyə göndərilməməlidir”.
"DM"-nın məlumatına əsasən, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2023-cü ilin büdcə sənədlərinin müzakirəsi zamanı deyib.
"Onsuz da Azərbaycanda ailələrdə uşaqların sayı ildən-ilə azalır. Ona görə də, təkuşaqlı ailələrdəki oğlanları döyüşlərə, cəbhəyə aparmaq lazım deyil. Vətən müharibəsində bəziləri aparıldı, amma bu, düzgün deyildi”, - deyə Sabir Rüstəmxanlı əlavə edib.