29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qasırğanın qurbanları 29 nəfərə çatıb

17.10.2018

ABŞ-da "Maykl” qasırğası qurbanlarının sayı 29 nəfərə çatıb. Bu barədə "Reuters” agentliyi məlumat yayıb.
TASS informasiya agentliyi xəbər verir ki, Florida ştatında 20, Virciniyada 5, Şimali Karolinada 3, Corciyada 1 nəfər həlak olub. Habelə dağıntılar arasında qalanların axtarışı davam etdirilir. Onların sayının 1000 nəfərdən çox olduğu bildirilir. Hökumət orqanları onların öldüyünü güman edir və qurbanların sayının artacağı proqnozunu verir.
"Maykl” qasırğası ABŞ-ın cənub sahillərinə çərşənbə günü çatıb. Həmin vaxt qasırğanın gücü Saffir-Simpson şkalası üzrə dördüncü kateqoriyada qiymətləndirilib. Lakin sonra qasırğa zəifləməyə başlayıb. "Maykl” güclü külək və leysanlar gətirib ki, bu da ölkənin cənub-şərqində daşqın və dağıntılara səbəb olub.