07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda orta aylıq əmək haqqı bu qədər olub

10.11.2022

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 068,7 manat təşkil edib.

Bu barədə  Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,3% artıb.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3% artaraq 829 manat təşkil edib. Əmək haqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.