03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Perunun paytaxtının küçələrində Azərbaycanla bağlı bilbordlar yerləşdirilib - FOTO

09.11.2022

Azərbaycanın 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində bilbordlar yerləşdirilib.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, böyük ölçülü lövhələrdə Şuşa qalası fonunda Azərbaycan bayrağı, xalqımızın birlik rəmzi olan Dəmir yumruğun, İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirə rəmzi olan Xarıbülbülün əks olunduğu və üzərində "8 Noyabr - Azərbaycanın Zəfər Günü” sözlərinin yazıldığı bilbordlar quraşdırılıb.

Zəfər Gününə həsr olunan təsvir bir neçə gün ərzində nümayiş olunacaq.