27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

08.11.2022

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

"DM" xəbər verir ki, bununla bağlı Türkiyə XİN-in saytında məlumat verilib.

"İşğal altındakı torpaqlarını qəhrəman mübarizə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasında mühüm rol oynayıb.

Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək", - təbrikdə deyilir.