28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda Zəfər Günü ilə bağlı ikinci istiqamət üzrə yürüş keçirilir - FOTO

08.11.2022

44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən iki il ötür.

"DM" xəbər verir ki, bu gün qələbənin ildönümü münasibətilə Şəhidlər xiyabanından ikinci istiqamət üzrə yürüş başlayıb.

Hərbi orkestrin müşayiəti ilə başlayan yürüşdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yürüş Şəhidlər xiyabanından başlayaraq "Alov qüllələri” kompleksi, "İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinə qədər davam edəcək.

Hərəkət marşrutu üç istiqamət üzrə təşkil edilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun 2 906 hərbçisi torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı sərəncama əsasən, 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.