28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

General: “DİN-in hərbçiləri Vətən müharibəsində şərəfli döyüş yolu keçiblər”

05.11.2022

"Bu gün əlamətdar və qürurverici gündür”.

Bu sözləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanın müavini, general-mayor İnqilab Muradov DİN tərəfindən Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş təntənəli mərasimdə deyib.

O, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının şərəfli döyüş yolu keçdiyini vurğulayıb:

"Şəxsi heyət Murovdağdan Şuşaya qədər döyüş yolu keçib. Torpaqların azad olunmasında onlardan 66 nəfər şəhidlik zirvəsinə ucalıb, 346 nəfər yaralanıb, dörd nəfər "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Minlərlə əməkdaş orden və medallarla təltif olunub. Hərbi qulluqçularımızın döyüş meydanında göstərdikləri qəhrəmanlıqlar göz önündədir. Onlar mənəvi dəyərlərimizə ehtiramla yanaşaraq, vəzifə borclarını şərəflə yerinə yetiriblər. Müharibədə döyüş ruhu olmadan qələbə qazanmaq mümkün deyil”.