28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Komandoların növbəti buraxılış mərasimi keçirilib

05.11.2022

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq "Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb. Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Kurs birincisi əsgər Adəm Həsənov yaş kötüyünə rəmzi emblem vurub. Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.