ABŞ İranı cəzalandıracağını elan edib 
    
                          
     
                         05.11.2022
 
    
                        ABŞ Dövlət katibi Entoni Blinken İranın Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyinə görə daha çox sanksiyaya məruz qalacağını bildirib.
"DM"-nın məlumatına görə, Blinken bu barədə Almaniyada keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, İranın Rusiyaya verdiyi pilotsuz təyyarələr Ukrayna vətəndaşlarını öldürür və bu ölkənin mülki infrastrukturunu məhv edir:
"İran hərbi personalı da Krımda bu vəhşi hücumların həyata keçirilməsində Rusiyaya kömək edir”.