29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda etirazlar zamanı SEPAH zabiti öldürülüb

05.11.2022

İranın Kərəc şəhərində hökumət əleyhinə nümayişlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun silahlı qüvvələrinin üzvü ölüb, beş polis yaralanıb.

Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videolara görə, etirazçılar İranın ümumxalq etirazlarında qətlə yetirilən gənc qız Hədis Nəcəfinin ölümünün 40-cı günündə Kərəc şəhərinin "Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq "Ölüm olsun diktatora!” şüarları səsləndiriblər.

Nümayişlərin davam etməsi ilə, Kərəc şəhərinin küçələrində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kərəcdə baş tutan etirazları nəzarətdə saxlamaq üçün bu şəhərə qonşu əyalətlərdən əlavə qüvvələr yeridilib.