03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan İranın qucağında - VİDEO

04.11.2022

İranın nüfuzlu "Dunyayı İqtisad” qəzeti Ermənistan baş nazirinin noyabrın 1-də Tehrana səfərinin nəticələrinə həsr etdiyi təhlil yazısına "Ermənistan İranın qucağında” başlığını qoyub.

İranın niyə Ermənistana qucaq açmasına da məqalədə aydınlıq gətirilib.

Bunun regionda Azərbaycan-Türkiyə müttəfiqliyi ilə bağlı olduğu açıq şəkildə ifadə olunub.

Qəzetin yazdığına görə, Azərbaycan Respublikası işğalda olan torpaqlarını azad etdikdən sonra Zəngəzur dəhlizi kimi nəhəng layihəsini irəli sürməkdədir. Bu layihə Türkiyə tərəfindən yekdilliklə dəstəklənir. Bu da son bir neçə ayda Tehranla İrəvanın daha da yaxınlaşmasına səbəb olub və oktyabrın 21-də Qafan şəhərində İranın baş konsulluğu açılıb.

Həmin yaxınlaşmanın daha bir sübutu kimi, məqalədə İran prezidentinin Nikol Paşinyanla birgə mətbuat konfransında dediyi aşağıdakı sözlər qeyd olunur:

"Ötən bir ildə bizim Paşinyanla müxtəlif görüşlərimiz olub ki, nəticədə son bir neçə ay ərzində iki ölkə arasında ticarət dövriyyəsi 43% artıb və hədəfimiz ticarət dövriyyəsinin həcmini 3 milyard dollara çatdırmaqdır”.

Doğrudan da, Ermənistanın baş naziri son bir ildə İbrahim Rəisinin ən çox görüşdüyü hökumət rəhbərlərindən biri, bəlkə də birincisidir.

Daha ətraflı "Azad İran” kanalının hazırladığı videosüjetdə: