05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ Şahin Mustafayevlə Mqer Qriqoryanın görüşünü şərh edib

04.11.2022

Avropa İttifaqı Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın başçılıq etdikləri dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının dünən Brüsseldə keçirilən üçüncü iclasını şərh edib.

Aİ tərəflər arasındakı konstruktiv atmosferi yüksək qiymətləndirib.

"Bu görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüşlər zamanı əldə olunmuş yüksək səviyyəli razılaşmalardan sonra keçirilir. Tərəflər sərhədlə bağlı məsələlərin həlli, habelə təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üzərində işi davam etdirməyə hazır olduqlarını bəyan ediblər”, - Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin məlumatında qeyd olunur.

Mənbə: Europa.eu