27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AB Bakı və İrəvanın bu istəyini alqışlayıb

04.11.2022

AB Ermənistan və Azərbaycanın sərhəd və təhlükəsizlik məsələlərini dialoq yolu ilə həll etmək istəyini alqışlayır.

"DM" xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin Brüsseldə danışıqların yekunlarına dair bəyanatında deyilir.

"AB görüşün keçirildiyi konstruktiv atmosferi, tərəflərin sərhədlə bağlı məsələlər üzərində işi davam etdirmək, eləcə də təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq istəyini yüksək qiymətləndirir”, - sənəddə deyilir.

Qeyd edək ki, Belçikanın paytaxtında Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mger Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının üçüncü iclası baş tutub.