27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı metrosunda insident baş verib

04.11.2022

Bakı metropoliteninin "Nəriman Nərimanov” stansiyasında insident baş verib.

"Qafqazinfo” xəbər verir ki, noyabrın 2-si, saat 8 radələrində qatarda sıxlıq olarkən gənc oğlan 2000-ci il təvəllüdlü Ş.Fətullayevaya (şərti soyadlı) qarşı əxlaqsız hərəkətlər edib. 22 yaşlı qız həmin şəxsə irad bildirdikdə mübahisə baş verib və o, qızı yumruqla vuraraq oradan uzaqlaşıb.

Hadisədən sonra Ş.Fətullayeva qatarı tərk edərək metroda xidmət aparan polis əməkdaşlarına müraciət edib.

Ş.Fətullayeva bildirib ki, ona qarşı nalayiq hərəkətlər edən şəxs təxminən 24-25 yaşında olub:

"Mən ona irad bildirəndə yumruqla vurmağa başladı, dərhal polisə müraciət etdim, gedib şikayət ərizəsi yazdım. Həmçinin tibbi ekspertizadan keçdim. Hələlik həmin şəxs tutulmayıb”.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.