02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Donbasda amansız döyüşlər: ruslar itki verir

03.11.2022

Rus ordusu Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında Ukrayna hərbçilərini mühasirəyə almağa çalışır, amma böyük itkilər verir.

"DM" xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin "Şərq” Qoşunlar Qrupunun spikeri Sergey Çerevatıy deyib.

"Onların Ukrayna hərbçilərini mühasirəyə almaq planları var. Ruslar Pavlovka kəndi rayonunda hücuma keçmək istəyirlər və həmin istiqamətdə amansız döyüşlər, mövqe müharibəsi gedir. Orada bəzən bizim, bəzən də onların üstülüyü hiss olunur. Lakin hərbçilərimiz mövqeləri saxlayır və düşmənin canlı qüvvəsi və zirehli texnikasını məhv etmək üçün maksumum hər şeyi edirlər. Düşmən bu istiqamətdə böyük itkilər verir. Avdeyevka, Uqledar, Marinka istiqamətində gündə orta hesabla düşmənin 100-ə yaxın canlı qüvvə itkisi olur”, - Çerevatıy bildirib.