17 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Azərbaycanlı virtuoz Antalyada konsert mövsümünü AÇACAQ

16.10.2018

Antalyada konsert mövsümünü azərbaycanlı "Paqanini”-Əməkdar artist, Prezident təqaüdçüsü, skripka virtuozu, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitab”ına daxil edilən Elvin Xoca Qəniyev açacaq.
"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, həmyerlimiz Antalyada konsert mövsümünü dirijor Rehqim Qekmenin rəhbərliyi altında Antalya simfonik orkestrinin müşayiəti ilə açacaq. O, səhnəni violonçelist Dorukxan Dorukla bölüşəcək. Onlar birlikdə tanınmış almaniyalı bəstəkar İ.Bramsın skripkaçılar və violonçelistlər üçün bəstələrini ifa edəcəklər.
Qeyd edək ki, hər il Antalyada dünya ulduzlarının iştirakı ilə konsert mövsümü keçirilir.