03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan və Putin bu məsələdə razılaşıb

03.11.2022

Ankara və Moskva Rusiya taxılına və gübrəyə ehtiyacı olan ölkələrin siyahısını müəyyən edir, işlər BMT-nin koordinasiyası ilə aparılacaq.

"DM" xəbər verir ki, bu barədə "RİA Novosti” vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

"Ərdoğanın bir müddət əvvəl Putinlə apardığı və sözügedən ölkələrin müdafiə nazirləri arasında olan danışıqlardan sonra taxıl dəhlizinin bərpasına dair razılıq əldə olunub. İndi Rusiya taxılının və gübrələrinin gedəcəyi ölkələrin siyahısı müəyyənləşdirilir. İki liderin son telefon danışıqları zamanı bu məsələ müzakirə olunub, siyahılar və marşrutlar həm Türkiyə, həm də BMT-nin koordinasiyası ilə müvafiq idarələr tərəfindən dəqiqləşdirilir. Səylər həm də Rusiya ərzaq və gübrələrinin ixracına maneələrin aradan qaldırılmasına yönəlib”, - məlumatda deyilir.

Qeyd edilib ki, Rusiya məhsulları ilk növbədə Afrika ölkələri və ehtiyacı olan ölkələrə göndəriləcək.