17 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Solovyovdan şok: Ərdoğana qarşı sui-qəsd planı var

02.11.2022

"Rossiya 1” telekanalının efirində yayımlanan "Solovyovla axşam” tok-şousu zamanı ekspertlər Rusiya ilə Türkiyənin tərəfdaşlığı barədə fikir mübadiləsi aparıb.

"DM" xəbər verir ki, qonaqlardan biri – Rusiya Strateji Kommunikasiya Mərkəzinin direktoru Dmitri Abzalov Ankaranın Moskva üçün çox vacib tərəfdaş olduğunu bildirib.

"Ərdoğan bir çox məqamlarda NATO və ABŞ-ın planlarına qarşı çıxaraq ədalət tərəfində olur”, - deyə o qeyd edib.

Bu zaman verlişin aparıcısı Vladimir Solovyov onun sözünü kəsərək deyib:

"Amma bizdə belə bir əminlik yoxdur ki, Ərdoğan 1 ildən sonra sağ-salamat olacaq. Ona qarşı artıq bir dəfə sui-qəsd təşkil olunub (15 İyul hadisələri nəzərdə tutulur – red.). Belə bir şey yenidən ola bilər. Bu, Amerikanın məkrli planıdır. Onu aradan götürmək üçün avtomobili partladıla və yaxud hər hansı bir qiyam maliyyələşdirilə bilər”.