03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya XİN bu təklifləri açıqlamaqdan imtina edib

02.11.2022

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Soçidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı rəsmi Moskva tərəfindən irəli sürülən təklifləri açıqlamaqdan imtina edib.

"DM" xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ona ünvanlanan "Ermənistan Baş naziri ölkəsinin Azərbaycanla dövlətlərarası münasibətləri Rusiyanın təklif etdiyi prinsipləri əsasında qurmağa hazır olduğunu bəyan edib. Söhbət konkret hansı prinsiplərdən gedir?” sualına cavabında diqqəti Prezident Putinin "Müzakirələr davam edəcək. Hər iki tərəf üçün olduqca həssas olan məsələnin ictimai müzakirəyə çıxarılmasını düzgün hesab etmirik. Ona görə ki, bu, sadəcə olaraq danışıqlar prosesinə maneə ola bilər” sözlərinə yönəldib.

"Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizin prezidentinin sözləridir”, - Zaxarova qeyd edib.