03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan azərbaycanlı hərbçiyə diplom təqdim edib - VİDEO

02.11.2022

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "ST və MKS” fakültəsinin məzunu Nuran Qənbərliyə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan diplom təqdim edib.

"DM"-nın məlumatına görə, 2015-ci ildən Daxili İşlər Orqanlarında çalışan Nuran Qənbərli ötən il Türkiyəyə "Zabitlik” kursu üzrə təhsil almağa göndərilib.

Təhsilini uğurla başa vuran Nuran Qənbərli Türkiyə prezidentinin də qatıldığı məzuniyyət gecəsinə dəvət olunub və ona diplomunu şəxsən Türkiyə prezidenti təqdim edib.

Qeyd edək ki, Nuran Qənbərli AzMİU-nun 2015-ci il məzunudur.