29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşa Rusiya ilə sərhəddə sədd tikir

02.11.2022

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi gücləndirir.

"DM" xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini, müdafiə naziri Mariuş Blaşak deyib.

"Mən Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi artıracaq tədbirlər görmək qərarına gəlmişəm", - o bildirib.

Onun sözlərinə görə, Polşa Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhədində hündürlüyü 2,5 metr, eni 3 metr olan tikanlı məftilli hasarın tikintisinə başlayıb: "Artıq bu gün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin iştirakı ilə Polşa-Rusiya sərhəddində müvəqqəti maneənin tikintisinə başlanılıb”.

Nazir qərarını Rusiyanın Kalininqrad vilayətinin hava limanını Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün açması ilə izah edib ki, bu da Varşavanın fikrincə, miqrasiya təzyiqi riskləri yaradır.