29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan: Türkiyə lideri ilə təmaslar vacibdir

02.11.2022

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə lideri ilə təmasları vacib adlandırıb. Ermənistan parlamentində 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı Baş nazir bu il Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını, daha sonra isə bu yaxınlarda Praqada görüş olduğunu xatırladıb.

"DM" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

"Vəziyyəti təhlil edəndə başa düşdüm ki, bu ilin avqust-oktyabr aylarında Türkiyə tərəfi ilə təmaslar zamanı biz kommunikasiya çətinliklərini dəf edə bilmişik”, - o bildirib.