29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna kəşfiyyatı: İran Xəzər dənizi ilə Rusiyaya dron göndərməyi planlaşdırır

02.11.2022

İran Rusiyaya 200-dən çox döyüş dronu göndərməyi planlaşdırır.

"DM" CNN-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna hərbi kəşfiyyatı "Telegram” kanalında yayıb.

Bildirilib ki, Rusiyaya göndərilməsi planlaşdırılan pilotsuz uçuş aparatları (PUA) arasında İranın dünyadakı ən uzunməsafəli hücum dronlarından olduğunu iddia etdiyi "Araş-2”, həmçinin "Şahed-136”, "Mohacer-6” dronları var.

Kəşfiyyatın məlumatında qeyd olunub ki, PUA-lar Xəzər dənizi vasitəsilə Rusiyanın Həştərxan limanına çatdırılacaq. Əlavə olunub ki, bu dronlar sökülü vəziyyətdə Rusiya ərazisində daxil edildikdən sonra burada yığılacaq, boyanacaq və onlara Rusiya işarələri tətbiq ediləcək.

Ukrayna kəşfiyyatı məlumatı necə əldə etməsi ilə bağlı detalları açıqlamayıb.

Rusiyanın müharibədə "Araş-2” dronlarından istifadə etməsinin Ukraynanın çətin vəziyyətdə olan hava hücumundan müdafiə (HHM) imkanlarını əlavə təzyiq altında qoya biləcəyi bildirilir.

Ukrayna HHM qüvvələri sentyabrın 13-dən bəri 300-dən çox hücum PUA-sı məhv edildiyini açıqlayıb.