06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vaxt bitdi: Rusiya Türkiyəyə əlavə fürsət verəcəkmi?

16.10.2018

Türkiyə və Rusiya prezidentləri arasındakı İdlib razılaşmasının müddəti oktyabrın 15-də bitdi.
"Dövran Media" xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Siyasi şərhçi bildirib ki, Ankara bacardığını edir, ağır texnikanın böyük hissəsi şəhərdən çıxarılıb:
"Ancaq terrorçuların təslimatı hələ ləng gedir. İdlib terrorçuların Suriyadakı ən böyük son qalasıdır və bu qalanı əldən vermək istəmirlər. Bu vəziyyəti fürsət bilən Bəşər Əsəd rejimi İdlibin hələ də terrorçuların əlində olduğunu əsas gətirərək bildirib ki, hücum haqqında düşünmək lazımdır. Əsəd rejiminin məqsədi bəllidir: Rusiya ilə Türkiyəni toqquşdurmaq və bundan öz məqsədləri üçün istifadə etmək. Moskva hələ ki, müttəfiqi Əsədin oyununa gəlmir və İdlibin tərk-silah edilməsi ilə bağlı bir müddət də gözləyə bilər”.
Politoloqun sözlərinə görə, Ankara yaxın müddətdə İdlibin danışıqlar yolu ilə tərk-silahına nail olmasa, Rusiyanın səbri tükənməyə başlayacaq:
"Çünki oyunu pozmaq istəyən yalnız Əsəd deyil. Suriyadakı radikal qrupları dəstəkləyən Səudiyyə Ərəbistanı da İdlibin təslim olmasında maraqlı deyil. Eyni zamanda, ABŞ da İdlib məsələsində Türkiyə-Rusiya işbirliyinin alınmasını istəmir”.
Qeyd edək ki, bir müddət öncə Türkiyə və Rusiya Soçidə İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında razılıq əldə etmişdilər.