28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Seuldakı “Halloween” bayramında faciə: Ölən və yaralananların sayı artıb

01.11.2022

Cənubi Koreyanın Seul şəhərinin mərkəzindəki İtaevon bölgəsində izdiham nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb.

Faciənin qurbanları arasında 14 ölkədən 26 əcnəbi var.

Son məlumatlara görə, xəsarət alanların sayı 151 nəfərdir. Xəstəxanaya yerləşdirilən 40 nəfərdən 29-nun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, İtaevon ərazisi Seulun gecə həyatının mərkəzlərindən biri kimi tanınır. Belə ki, on minlərlə gənc son üç ildə ilk dəfə anti-COVID məhdudiyyətləri olmadan qeyd olunan "Halloween” bayramını qeyd ediblər. Bu zaman eni 4 metr olan dar zolaqlardan birində izdiham yaranıb.

Mənbə: Yonhap